MƏMMƏDOV XUDU SURXAY OĞLU

   

(14.12.1927, Ağdam r-nu, Mərzili k. – 15.10.1988, Bakı) – Azərbaycan kristalloqrafı. Geologiya-mineralogiya elmləri doktoru. (1970), professor (1973), Azərbaycan Elmlər Akademiyası müxbir üzvü (1976).

1957 ildən Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiridir. Əsas elmi işləri kristallokimya sahəsindədir.

Silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirmiş, həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq olmasını aşkara çıxarmış, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənmiş, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə etmişdir. Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında xidməti var. «Şərəf nişanı» ordeni və medallarla təltif edilmişdir.

Əsərləri: Kalsium-silikatların və hidrosilikatların kristallokimyası, B., 1960; Naxışların yaddaşı B., 1981 (başqaları ilə birgə); Kristalliçeskaə i molekulərnaə struktura AKVO-bis-(benzoato)-dipiridina medi (II), «Koordinaüionnaə ximiə», t. 5, v. 1 (119), 1979 (sovm. s dr.).