(16.9.1909, Bakı – 22.4.1983, Bakı) – Azərbaycan kimyaçısı.
Texnika elmləri doktoru (1962), professor (1962), Azərbaycan Elmlər Akademiyasının akademiki (1972). Azərbaycan əməkdar elm və texnika xadimi (1964). Azərbaycan Dövlət mükafatı laureatı (1970).
V.Kuybışev ad. Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda işləmiş (1932-59), həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunun laboratoriya müdiri (1959-67), Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1967-71), Aşqarlar Kimyası İnstitutunda motor yağları üçün aşqar kompozisiyaları hazırlama laboratoriyasının müdiri (1971-83) olmuşdur.
Əsas tədqiqatları sürtkü yağlarının istehsalının artırılmasına və keyfiyyətinin yüksəldilməsinə aiddir. Orucova neft yağlarının yeni çeşidlərinin alınma texnologiyasının işlənib hazırlanmasında, selektiv təmizləmə və parafinsizləşdirmə proseslərinin təkmilləşdirilməsində, alkil-fenol və sulfonat tipli yeni aşqar növlərinin istehsalında, AzNİİ-5, AzNİİ-7, AzNİİ-8u, SB-3, SK-3, BFK və s. markalı aşqarların hazırlanması və sənayedə tətbiqində yaxından iştirak etmişdir.
Yüksək ixtisaslı kadrlar hazırlanmasında xidməti var. Orucova Azərbaycan Demokratik Respublikanın Dostluq Cəmiyyəti Azərbaycan Şöbəsinin sədr müavini (1970 ildən) olmuşdur.Orucova həmçinin ilk Azərbaycan kino aktrisalarındandır. O, «Sevil» (1929) və «Almas» (1936) filmlərində baş rollarda çəkilmiş, azadlığa çıxan Azərbaycan qadınının lirik, canlı obrazını yaratmağa müvəffəq olmuşdur. Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, «Şərəf nişanı» ordenləri və bir sıra medallarla təltif edilmişdir.
Əsərləri: Sürtkü yağları, B., 1949; İssledovanie zahitnoy sposobnosti nekotorıx protivoiznosnıx prisadok, «Zahita metallov», 1976, ¹3; İssledovanie povedeniə masel s razliçnımi kompoziüiəmi prisadok vo vlacnoy srede, Trudı İnstituta ximii prisadok AN Azerb.SSR, 1980, ¹6.