SALAYEVA ZƏHRA MƏMMƏD QIZI

   

(15.3.1922, Bakı – 28.11.2005, Bakı)– Azərbaycan nevropatoloqu. Tibb elmləri doktoru (1964), professor (1967).

Əməkdar elm xadimi (1981). Səhiyyə ə‘laçısı (1973). N. Nərimanov ad. Azərbaycan Dövlət Tibb İnstitutunun sinir xəstəlikləri kafedrasının müdiri olmuşdur (1967 ildən). Tədqiqatı, əsasən, Azərbaycanda neyromalyariyaya, hemorrakik ensefalitin klinika və patomorfologiyasına həsr edilmişdir. Ali Sovetinin (7-ci çağırış) deputatı olmuşdur. Azərbaycan Tibbi Genetiklər Cəmiyyətinin sədri idi (1979).

Əsərləri: Nevropatologiyadan praktikum (dərslik), B., 1962; Beyin qan-damar xəstəlikləri, B., 1964; Neyrogenetika (dərslik), B., 1977; Sinir xəstəlikləri, B., 1982; Qemorraqiçeskiy gnüefalit v Azerbaydcane, B., 1968.