(1884—1955)—ictimai-siyasi xadim, yazıçı-publisist, әdәbiyyatşünas. Azәrbaycanın milli istiqlal mübarizәsinin lideri. 1917 ildә yaradıcılarından olduğu Müsavat partiyasının I qurultayında partiyanın sәdri, 1918 il mayın 28-dә Azәrbaycan istiqlalı elan olunandan sonra Azәrbaycan Milli Şurasının sәdri seçilmişdir.
1920 ildә Azәrbaycan bolşeviklәr tәrәfindәn işğal olunduqdan sonra Rәsulzadә һәbs olunmuş, lakin keçmiş dostu İ. Stalin onu һәbsdәn azad etdirmişdir. 1922 ildәn müһacirәtdә (Türkiyәdә, Polşada, Almaniyada) yaşamış, Azәrbaycanın istiqlalı uğrundakı mübarizәsini davam etdirmişdir. "Hәyat", "İrşad", "Tәrәqqi" vә başqa qәzetlәrdә publisist mәqalәlәrlә çıxış etmiş, "Tәkamül", "Açıq söz", Teһranda "İrani-nou" ("Yeni İran"), İstanbulda "Yeni Qafqaziya" (1923—1928), "Azәri-Türk" (1928—1929), "Odlu yurd" (1929—1931), sonralar Almaniyada "Qurtuluş", "İstiqlal" kimi qәzet vә jurnallar nәşr etdirmişdir.