ӘLƏSGƏROV SÜLEYMAN ӘYYUB OĞLU

   

(1924-2000) bәstәkar, dirijor, pedaqoq. Azәrbaycan xalq artisti (1974). Ü. Hacıbәyov ad. Respublika mükafatı laureatı (1967).

Azәrbaycan Dövlәt Konservatoriyasını bitirmişdir (1948). Bakı Musiqi Mәktәbinin direktoru, Azәrbaycan Dövlәt Radio vә Televiziyası xalq çalğı alәtlәri orkestrinin dirijoru, Musiqili Komediya Teatrının direktoru, baş dirijoru vә s. vәzifәlәrdә işlәmişdir. 1956 ildәn Azәrbaycan Dövlәt Konservatoriyasında dәrs demişdir (1976 ildәn professor).

11 operetta, 2 opera, kantatalar, simfoniyalar, "Bayatı-Şiraz" simfonik muğamı, kamera-vokal, instrumental vә s. әsәrlәrin müәllifidir.