(1922—1984)— bәstәkar. Azәrbaycan xalq artisti (1958), SSRİ xalq artisti (1965). Azәrbaycan Elmlәr Akademiyasının müxbir üzvü (1980). SSRİ (1949, 1980) vә Azәrbaycan (1974) Dövlәt mükafatları laureatı.
Azәrbaycan Dövlәt Konservatoriyasını bitirmişdir (1948). Ü.Hacıbәyovun novatorluq yolu vә estetik prinsiplәrinә әsaslanan Әmirov Şәrq vә Qәrb musiqi mәdәniyyәtlәrinin qarşılıqlı tәsirinin inkişafı prosesinә böyük xidmәt göstәrmiş, şifaһi әnәnәyә malik Azәrbaycan musiqisinin lad-intonasiya vә kompozisiya quruluşunun yeni imkanlarını aşkara çıxarmışdır.
"Sevil" operasının (1953), "Ürәkçalanlar" (1944), "Gözün aydın" (1946) musiqili komediyalarının, "Nәsimi dastanı" (1973), "Min bir gecә" (1979), "Nizami" (1984) baletlәrinin müәllifidir. Bu illәrdә Әmirov skripka, fortepiano vә simfonik orkestr üçün ikiqat konsert (1946), fortepiano ilә xalq çalğı alәtlәri orkestri üçün konsert (1947, A. Babayevlә) yazaraq Azәrbaycan musiqisindә simfonik musiqinin әsasını qoyanlardan biri olmuşdur.
Әmirovun "Nizami" simfoniyası, "Şur", "Kürd-Ovşarı", "Gülüstan—Bayatı-Şiraz" simfonik muğamları onun yaradıcılığında müһüm mәrһәlә tәşkil edir. O, "Azәrbaycan" süitası, "Simfonik rәqslәr", "Azәrbaycan qravürlәri", fortepiano üçün "12 miniatür", uşaq pyeslәri, skripka ilә fortepiano üçün sonata, romans, maһnı vә s. әsәrlәr bәstәlәmişdir.