(18.9.1885, Şuşa qәzasının Ağcabәdi kәndi —23.11. 1948, Bakı) — Azәrbaycan bәstәkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq vә ictimai xadim.
Müasir Azәrbaycan professional musiqisinin vә milli operasının banisi. Şәrqdә ilk operanın yaradıcısı. SSRİ xalq artisti (1938), Azәrbaycan Elmlәr Akademiyasının akademiki (1945). Professor (1940). Stalin mükafatı laureatı (1941, 1946). Azәrbaycan Bәstәkarlar İttifaqının sәdri (1938—48), Azәrbaycan Dövlәt Konservatoriyasının rektoru (1928 —29; 1939—48), Azәrbaycan Elmlәr Akademiyasının İncәsәnәt İnstitutunun direktoru (1945—48) olmuşdur.
Hacıbәyov bәdii yaradıcılığa publisistika ilә başlamışdır. O, "İttihad" , "Hәyat", "İrşad" , "Tәrәqqi" , "Hәqiqәt" , "İqbal" , "Yeni iqbal" qәzetlәrindә vә "Molla Nәsrәddin" jurnalında "Ordan-burdan" , "O yan bu yan" vә s. başlıqlar altında "Ü" , "Filankәs" vә s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik mәsәlәlәrinә dair çoxlu mәqalә, felyeton vә satirik miniatürlәr dәrc etdirmişdir.
Hacıbәyovun 1908 il yanvarın 12-dә (yeni tәqvimlә 25-dә) Bakıda "H.Z.Tağıyevin teatrında göstәrilәn "Leyli vә Mәcnun" operası ilә tәkcә Azәrbaycan deyil, bütün müsәlman Şәrqindә opera sәnәtinin әsası qoyulmuşdur; operanın librettosunu Hacıbәyov Füzulinin eyniadlı poeması әsasında yazmışdır. Hacıbәyov 1909—15 illәrdә bir-birinin ardınca "Şeyx Sәnan" (1909), "Rüstәm vә Söhrab" (1910), "Şah Abbas vә Xurşid Banu" (1912), "Әsli vә Kәrәm" (1912), "Harun vә Leyla" (1915) muğam operalarını bәstәlәmişdir.
O, Azәrbaycanda musiqili komediya janrının yaradıcısıdır (komediyalarının mәtnini dә özü yazmışdır). Onun " Әr vә arvad" (ilk tamaşası —1910), "O olmasın, bu olsun" (ilk tamaşası—1911), "Arşın mal alan" (1913) musiqili komediyalarında inqilabdan әvvәlki Azәrbaycan mәişәti, xalq adәt vә әnәnәlәri öz әksini tapmışdır.
Hacıbәyov 1918—20-ci illәrdә Azәrbaycan Demokratik Respublikasının hakimiyyәti dövründә "Azәrbaycan" qәzetindә fәaliyyәt göstәrmişdir.
Hacıbәyov 1921ci ildә Bakıda azәrbaycanlı tәlәbәlәr üçün ilk musiqi mәktәbini — Azәrbaycan Dövlәt Türk Musiqi Mәktәbini (sonralar texnikum) tәşkil etmişdir; texnikum (ilk direktoru Hacıbәyov olmuşdur) 1926 ildә Azәrbaycan Dövlәt Konservatoriyası ilә birlәşdirilmişdir.
Hacıbәyovun tәşәbbüsü ilә 1936 ildә Azәrbaycan Dövlәt Filarmoniyası nәzdindә yenidәn tәşkil olunmuşdur. O, 1927 ildә M. Maqomayevlә birgә ilk "Azәrbaycan türk el nәğmәlәri" mәcmuәsini nәşr etdirmişdir. Hacıbәyov 1931 ildә Azәrbaycan Radio Komitәsi yanında ilk notlu xalq çalğı alətlәri orkestri tәşkil etmişdir. Hacıbәyov bu orkestr üçün 1931 —32 illәrdә bәstәlәdiyi 1-ci ("Çahargah" ) vә 2-ci ("Şur" ) fantaziyalarını bəstələmişdir. Orkestrә ilk vaxtlar Hacıbәyov özü dirijorluq etmişdir. Hacıbәyovun kamera instrumental әsәrlәri içәrisindә skripka, violonçel vә orkestr üçün bәstәlәdiyi "Aşıqsayağı" (1931) triosu Azәrbaycan musiqisində ilk ansambl pyeslәrindәndir. Hacıbәyov bu dövrdә kütlәvi mahnı janrına da müraciәt etmişdir ("Süvari mahnısı" , "Pilotlar" ). O, 30-cu illәrdә bir neçә kantata-Firdovsinin 1000 illiyinә (1934), M. F.Axundova hәsr olunmuş "Ölmәz sәnәtkar" (1938) vә s. yazdı.
1937 il aprelin 30-da Azәrbaycan Opera vә Balet Teatrında ilk dәfә "Koroğlu" operası (librettosu H. İsmayılov vә M. S. Ordubadinindir) tamaşaya qoyuldu.
Hacıbәyovun "Arşın mal alan" musiqili komediyası ingilis, alman, Çin, әrәb, fars, polyak, rus, Ukrayna, belorus, gürcü vә s. dillәrә tәrcümә edilmiş, bir çox şәhәrlәrdә, o cümlәdәn Moskva, Nyu-York, Paris, London, Tehran, İstanbul, Qahirә, Pekin, Berlin, Varşava, Sofiya, Budapeşt, Buxarest vә s. yerlәrdә tamaşaya qoyulmuşdur. "O olmasın,bu olsun" musiqili komediyası Zaqafqaziya, Dağıstan, Orta Asiya, Türkiyә, Bolqarıstan, İran vә Yәmәndә, "Koroğlu" operası isә Aşqabadda (1939, türkmәn dilindә), Yerevanda (1942, ermәni dilindә), Daşkәnddә (1950, özbәk dilindә) sәhnәyә qoyulmuşdur. Hacıbәyovun "Arşın mal alan" musiqili komediyası 1916 (rej. Belyakov), 1917 (rej. B. Svetlov), 1945 (rejissorlar R. Tәhmasib, N. Leşşenko) vә 1965 (rejissor T. Tağızadә) illәrdә, "0 olmasın, bu olsun" (rejissor H. Seyidzadә)1956 ildә ekranlaşdırılmışdır. Azәrbaycan Dövlәt Konservatoriyasına (1949) vә Azәrbaycan Dövlәt Simfonik Orkestrinә (1944) Hacıbәyovun adı verilmişdir. 1966—70 illәrdә Azәrbaycanda Hacıbәyov adına Respublika Dövlәt mükafatı tәsis edilmişdi. Şuşada (1965) vә Bakıda (1975) Hacıbәyovun ev muzeylәri açılmIşdır.