(29.4.1916, Bakı – 2005, Bakı)– Azərbaycan bəstəkarı. Azərbaycan əməkdar incəsənət xadimi (1982).
Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir (1954, B. Zeydmanın bəstəkarlıq sinfini). Romans və mahnı janrı yaradıcılığında əsas yer tutur. «Vəslin həvəsi», «Gül», «Qəzəl», «Ceyran», «Bahar» və s. romansları daha məşhurdur. Hüseynzadə həmçinin simfonik poema, kantata, simli kvartet, «Mənim vətənim» vokal silsiləsi və s. əsərlərin müəllifidir. 1953 ildən pedaqoji fəaliyyət göstərmişdir.