QARAYEV QARA ӘBÜLFƏZ OĞLU

   

(1918 —1982) — bәstәkar, pedaqoq, istimai xadim. Azәrbaycan xalq artisti (1958), SSRİ xalq artisti (1959). Azәrbaycan Elmlәr Akademiyasının akademiki (1959). SSRİ Dövlәt (1946, 1948), M. F. Axundov ad. Respublika (1965) vә Lenin (1967) mükafatları laureatı.

Qara Qarayev 1935—38 illәrdә Azәrbaycan Dövlәt Konservatoriyasında oxumuş. 1938 ildәn tәһsilini Moskva konservatoriyasında davam etdirәrәk, 1946 ildә konservatoriyanı bitirmiş (D. Şostakoviçin bәstәkarlıq sinfini) vә һәmin ildәn Azәrbaycan Dövlәt Konservatoriyasında dәrs demişdir (1957 ildәn professor).

Qarayev musiqinin demәk olar, bütün janrlarında yüksәk bәdii dәyәrli әsәrlәr yaratmışdır. Novator sәnәtkar olan Qarayev Azәrbaycan musiqisinin obraz-mәzmun dairәsini xeyli genişlәndirmiş, ilk dәfә psixoloji, fәlsәfi mәzmunda әsәrlәr bәstәlәmişdir.

Qarayev «Vәtәn» operasının (1945, S. Hacıyevlә birgә), dünya şöһrәtli «Yeddi gözәl» (1952) vә «İldırımlı yollarla» (1957) baletlәrinin, «Soşğun qaskoniyalı» (1973) romantik musiqili komediyasının müәllifidir. Yaradısılığının ilk çağlarından Qarayev simfonik musiqiyә meyl etmişdir. O, 3 simfoniya, «Leyli vә Mәsnun» simfonik poeması, «Alban rapsodiyası», «Vyetnam süitası», «Don Kixot» simfonik qravürlәrinin, skripka ilә orkestr üçün konsertin vә s. müәllifidir. Onun kinofilmlәrә, dram tamaşalarına yazdığı musiqi müstәqil müәllif konsepsiyası vә simfonik vüsәti ilә seçilir.