(1891 —1980) — aktyor, rejissor, pedaqoq. Azәrbaycan xalq artisti (1964).
Sәһnә fәaliyyәtinә 1910 ildә Tiflisdә «Müsәlman artistlәri ittifaqı»nın teatr truppasında başlamışdır. Sonralar Tiflis, İrәvan, Naxçıvan, Rәşt vә s. teatrlarda aktyorluq vә rejissorluq etmişdir. 1920 ildәn Azәrbaycan Dövlәt Teatrında çalışmışdır.
1945 ildә Ü.Hacıbәyovun eyniadlı musiqili komediyası әsasında N. Leşşenko ilә birlikdә çәkdiyi «Arşın mal alan» filmi az müddәt әrzindә bütün dünyada mәşһurlaşmış, Azәrbaycan kino tarixindә görkәmli yer tutmuşdur. Tәһmasib bu filmә görә Stalin Mükafatına layiq görülmüşdur (1946).