(07.04.1918, indiki Ağdam r-nunun Əlimədədli k. – 1994, Bakı) – Azərbaycan yazıçısı.
«Körpü» adlı ilk hekayəsi 1950 ildə çap edilmişdir. «Sənsiz» (1957), «Mən ki, gözəl deyildim» (1959), «Sərinlik» («Firəngiz», 1962), «Sarı baba» (1974) və s. povestlərin, «Ayrılıq» (1956), «Yarpaqlar» (1958), «Xəzinə», «Bəlalı sevgim» (1965), «Arakəsmələr» (kitab 1-2, 1966-71), «Fəhlə qardaş» (1973) və s. romanların müəllifidir. Sadə adamlarının əməyi, mənəvi aləminin zənginliyi və təmiz məhəbbəti Bayramov yaradıcılığının əsas mövzularıdır. Mühüm ictimai problemlərə həsr olunmuş əsərlərində yenilik mühafizəkarlığa, mənfiliklərə qarşı mübarizədə qalib gəlir.
Əsərləri bəzi xarici dillərə tərcümə olunmuşdur.
«Şərəf nişanı» ordeni ilə təltif edilmişdir.
Əsərləri: Seçilmiş əsərləri, 2 cilddə, B., 1968; Fəhlə qardaş, B., 1975; Listğə, M., 1963; Klad, M., 1968.