HÜSEYN ARİF

   

(təxəllüsü; əsl adı və familiyası Hüseyn Camal oğlu Hüseynzadə)( 15.12.1924, Qazax r-nunun Yenigül k. – 1992, Bakı) – Azərbaycan şairi. Azərbaycan əməkdar incəsənət xadimi (1984). Azərbaycan Dövlət mükafatı laureatı (1978). Böyük Vətən müharibəsi iştirakçısıdır.

Əmək adamlarının mənəvi zənginliyinin, sülh və xalqlar dostluğunun, təbiət gözəlliklərinin tərənnümü «Yeni həyat yollarında» (1950), «Mən sülhə səs verirəm» (1951), «Bahar gələndə» (1959), «Ömür çeşməsi» (1963), «Sibir töhfələri» (1964), «Dostluq telləri» (1966), «Sən mənimlə get» (1970), «Qocalan deyiləm» (1974), «Ömür gözləsə» (1978), «Ömür deyir» (1981), «Ayrı düşəli» (1983) və s. kitablarındakı lirik şerlərin əsas mövzularıdır. «Yolda» (1957-62) poeması S.Vurğuna, «Dilqəm dastanı» (1973-83) poeması Aşıq Dilqəmə, «Dağ kəndi» (1969) poeması müasir kəndin sosial-mədəni inkişaf problemlərinə həsr olunmuşdur.

Aşıq yaradıcılığına dair məqalələri, Firdovsi, Ömər Xəyyam, Hafiz, A.S.Puşkin, M.Y.Lermontov və b.-ndan tərcümələri var. Əsərləri xarici dillərə tərcümə olunmuşdur. Respublika Aşıqlar Birliyinin sədridir (1984 ildən).

Xalqlar Dostluğu, II dərəcəli Vətən müharibəsi, «Şərəf nişanı» ordenləri ilə təltif edilmişdir.

Əsərləri: Seçilmiş əsərləri, c. 1-2, B., 1975; Seçilmiş əsərləri, c. 1-2, B., 1984; Puti, M., 1964; Əzık üvetov, M., 1969; Odnacdı, B., 1982.