(28.10.1911, Cənubi Azərbaycan Sərab ş. yaxınlığındakı Evə k. – 1993, Bakı)– Azərbaycan yazıçısı, dramaturq, ictimai xadim. Azərbaycan xalq yazıçısı (1961). Azərbaycan Elmlər Akademiyasının akademiki (1945). SSRİ Dövlət mükafatı laureatı (1950), Azərbaycan Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Nehru mükafatı laureatı (1979). Azərbaycan SSR əməkdar incəsənət xadimi (1941). Azərbaycan Elmlər Akademiyası Nizami ad. Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şö‘bəsinin müdiri (1976 ildən).
1918 ildə atası və böyük qardaşı ilə Bakıya gəlmiş, Balaxanı və Zabrat kəndlərində muzdurluq etmiş, 1926 ildə fabrik–zavod təhsili məktəbinə girmişdir. 1937 ildə Leninqradda Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasını bitirmişdir.
Ədəbi yaradıcılığa şe‘rlə başlamışdır «Həyat» (1935), «Madrid» (1939), «Məhəbbət», «Kəndçi qızı» (1962), «Yaxşı adam» (1965), «Közərən ocaqlar» (1967) pyesoəri səhnəyə qoyulmuşdur.
Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən olan İbrahimov bir sıra hekayə, povest və romanların müəllifidir. «Gələcək gün» (1948) romanı, «Fırtına quşu» (1965) və «Güləbətin» (1966) povestləri, «Cənub hekayələri», «Böyük dayaq» (1957) romanı, «Pərvanə» (1967–70) roman-epopeyası Azərbaycan nəsrinin dəyərli nümunələrindəndir.
İbrahimov ədəbiyyat tarixinə, bədii yaradıcılığın nəzəri problemlərinə, ədəbi əlaqələrə dair məqalələrin, publisistik əsərlərin, o cümlədən C.Məmmədquluzadəyə həsr edilmiş «Böyük demokrat» (1939) monoqrafiyasının müəllifidir, 3 cildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin (1957 - 60) redaksiya hey‘ətinin üzvü olmuşdur. A. N. Ostrovskinin «Quduz pullar», «Müdrik olan hər kəsə kifayətdir sadəlik», A. P. Çexovun «Üç bacı», V. Şekspirin «Kral Lir», «Onikinci gecə», Molyerin «Don Juan» pyeslərini, N. Q. Çernışevskinin «Nə etməli» romanını və s. əsərləri Azərbaycan dilinə tərcümə etmişdir. Əsərləri bir çox xarici dilə tərcümə olunmuşdur.
Azərbaycan Yazıçılar İttifaqı İdarə Hey‘ətinin sədri (1946–54), birinci katibi (1965–75), SSRİ Yazıçılar İttifaqı İdarə Hey‘ətinin katibi (1965–75), Azərbaycan Maarif naziri (1942–46), Azərbaycan Nazirlər Soveti sədrini müavini (1946–50), Azərbaycan Ali Soveti Rəyasət Həy‘ətinin sədri (1954–58) vəzifələrində çalışmışdır.
2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı ordeni, 2 başqa orden və medallarla təltif olunmuşdur.