(16.08.1925, Bakı – 24.05.1967, Bakı) – Azərbaycan yazıçısı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru (1964). Ü.Hacıbəyov ad. Respublika Dövlət mükafatı laureatı (1967).
1961-66 illərdə Azərbaycan Elmlər Akademiyası Nizami ad. Ədəbiyyat və Dil İnstitutunun ədəbi əlaqələr şöbəsinin müdiri işləmişdir.
«Əcəb işə düşdük» (1962), «Özümüz bilərik» (1963), «Olmadı elə, oldu belə» (1964) komediyalarında bürokratlar, əliəyrilər və fırıldaqçılar satira atəşinə tutulur. «Milyonçunun dilənçi oğlu» (1966) komediyasında burjua əxlaqı və ailə münasibətləri ifşa olunur. «Sənsiz» (1967) pyesi SSRİ-nin bir sıra şəhərlərində, Razqradda (Bolqarıstan) tamaşaya qoyulmuşdur. Lirik şer, poema və hekayələr də yazmışdır. Azərbaycan-rus ədəbi əlaqələrinə dair tədqiqatların müəllifidir.
Azərbaycan Kommunist Partiyası Bakı Komitəsi Təbliğat və Təşviqat şöbəsinin müdiri (1954-55), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Təbliğat və Təşviqat şöbəsinin müdiri (1957-61), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi katibi və Büro üzvü (1966 ildən) olmuşdur.