MƏMMƏD ARAZ

   

(Məmməd İnfil oğlu İbrahimovun təxəllüsü; 15.07.1933, Şabruz r-nunun Nurs k. – 01.12.2004, Bakı) – Azərbaycan xalq şairi. Azərbaycan əməkdar mədəniyyət işçisi (1979).

Azərbaycan Pedaqoji İnstitutunun coğrafiya fakültəsini bitirmişdir (1954). Vətənə, torpağa bağlılıq, nəciblik və vətəndaşlıq duyğularının tərənnümü «Sevgi nəğməsi» (1959), «Üç oğul anası» (1961), «Araz axır» (1964), «Ömür karvanı» (1967), «Qanadlı qayalar» (1973), «Atamın kitabı» (1974), «Aylarım, illərim» (1979) və s. kitablarındakı şer və poemaların əsas mövzularıdır.

M.Svetlov, S.Mixalkov və başqalarından tərcümələri var. Əsərləri bir neçə xarici dilə tərcümə edilmişdir. «Azərbaycan təbiəti» jurnalının redaktoru olmuşdur (1975 ildən).