(19.08.1912, indiki Qazax r-nunun Musagöy k. – 2001, Bakı) – Azərbaycan şairi. Azərbaycan əməkdar mədəniyyət işçisi (1967).
Azərbaycan Pedaqoji İnstitunun dil və ədəbiyyat fakültəsini bitirmiş (1932), bir müddət Bakı və Qubada müəllimlik etmişdir.
«Qadınların hüriyyəti» adlı ilk şeri 1927, «Bizim səsimiz» adlı ilk kitabı isə 1934 ildə çap olunmuşdur. «İlk bahar» (1937), «Vətən eşqi» (1942), «Xatirələr» (1945), «Sənətkarın xəyalı» (1948), «Seçilmiş şerlər» (1957), «Xatirələr olan yerdə» (1964), «Həyat lövhələri» (1967), «Bənövşələr üşüyəndə» (1970), «Ana qanadı» (1972), «Yasəmən fəsli» (1976) və s. Kitablarınəşr olunmuşdur. «Məhsəti» (1945), «Əlcəzairli qız» (1961), «Partizan Aliyə» (1972) poemalarının müəllifidir.
Dilbazinin Azərbaycan uşaq şerinin inkişafında da xidməti var («Nağıllar» (1940), «Şerlər» (1951), «Kiçik dostlarıma» (1956), «Gülbahar» (1957), «Yaz gəlir» (Bahar nəğmələri) (1968), «Lalənin ağacları» (1970) kitabları). Nizami, Xaqani, Ə.Nəvai, A.S.Puşkin, T.Q.Şevçenko, N.Tixonov, S.Marşak, S.Mixalkov, Jalə və b. şairlərin əsərlərini, Evripidin «İppolit» faciəsini tərcümə etmişdir. Əsərləri bəzi xarici dillərə tərcümə olunmuşdur.