TOFİQ BAYRAM

   

(1934–1991)Bayramov Tofiq Qulam oğlu–şair, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1984).

Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil almışdır (1954–1959). Əmək fəaliyyətinə «Azərbaycan müəllimi» qəzeti redaksiyasında şöbə müdiri kimi başlamışdır (1959–1960). Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi (1960–1961), M. F. Axundov ad. Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri (1961–1964), «Ulduz» jurnalı redaksiyasında (1964–1968), «Ədəbiyyat və incəsənət» qəzeti redaksiyasında şöbə müdiri (1968–1978), «Yazıçı» nəşriyyatnda baş redaktor müavini (1978) işləmişdir.

Lope de Veqanın «Hiyləgər məşuqə» pyesini tərcümə etmişdir. A. T. Tvardovskinin «Yaddaşın hökmü» poemasının tərcüməsinə görə M. Qorki ad. Azərbaycan Dövlət Mükafatı Laureatı fəxri adına layiq görülmüşdür (1988).

Ana təbəssümü (1961); Mənim şair xalqım (1963); Sizi düşünürəm (1964); Azərbaycan dünya gəzir (1965); İnamım, əqidəm (1969); Gərək elə yanım (1971); Azərbaycan deyəndə (1974); Səninlə görüşəndə (1977); Əsrin oyunu (şerlər və poemalar (1979); Könlümdə yaşayanlar (1980); Ay gecikən məhəbbətim (1987); Ürəkdən ürəyə (qardaş xalqlar poeziyası) (1975) və s. kitabların müəllifidir.