HÜSEYNOVA ELMİRA MEHRALI QIZI

   

(12.02.1933, Bakı – 23.01.1995, Bakı) – Azərbaycan heykəltəraşı. Azərbaycan əməkdar rəssamı (1967).

Ə.Əzimzadə ad. Azərbaycan Dövlət Rəssamlıq Məktəbini (1954) və İ.Y.Repin ad. Leninqrad Boyakarlıq, heykəltəraşlıq və Memarlıq İnstitutunu (1960) bitirmişdir. Heykəltəraşlığın məişət və portret janrlarında çalışır. «Kolxolçu qız» (1957), «Fəhlə» (1958), «Ailə» (1960), «C.Cabbarlı» (1968), «Ana» (1970), «Rəsul Rza» (1970) və s. əsərləri plastik formaların lakonikliyi və kompozisiyanın orijinallığı ilə fərqlənir. Hüseynova monumental heykəltəraşlıq sahəsində də fəaliyyət göstərir (Sumqayıtda C.Cabbarlının abidəsi, 1966; Bakıda ASE Baş redaksiyası binası qarşısında H.Zərdabinin abidəsi, 1983).