(10.08.1913, Bakı) – Azərbaycan rəssamı, qrafik, Azərbaycan xalq rəssamı (1965). Azərbaycan əməkdar incəsənət xadimi (1043). SSRİ Dövlət mükafatı laureatı (1950).
Azərbaycan Rəssamlıq Texnikumunu (1936) və İ.Y.Repin ad. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu (1960) bitirmişdir.
1942 ildən Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru, 1954 ildən Beynəlxalq Muzeylər Şurası Sovet Komitəsinin əsas üzvüdür.
Kazımzadə, əsasən kitab illüstrasiyası və dəzgah qrafikası sahəsində fəaliyyət göstərirmişdir.
İlk dövrdə Nizaminin «İsgəndərnamə» («İqbalnamə»), «Sirrlər xəzinəsi» (1940), «Leyli və Məcnun» (1947), «Xosrov və Şirin» (1948) poemalarına, eləcə də uşaqlar üçün işlənmiş «Fitnə», «Sehirli üzük», «İsgəndər və çoban» kitablarına illüstrasiyalar çəkmişdir. «Cəbhə yollarında» (1943) rəsmlər silsiləsində müharibənin fəlakətləri əks etdirilmişdir.
Yaradıcılığında siyasi plakat və karikaturalar da mühüm yer tutur.
1952 ildən «Kirpi» jurnalında əməkdaşlıq edir. Kazımzadə tarixi-inqilabi və məişət mövzularında rəsm silsilələri («Bakıda inqilabi-tarixi hadisələr», «Tibb işçiləri», «X.Abovyanın həyatı») və tablolar («416-cı diviziya döyüşdə», «Azad Kubada», «İraq lövhələri» və s.) yaratmışdır.
Dram və opera tamaşalarına, həmçinin kinofilmlərə geyim eskizlərinin, süjetli xalıların müəlliflərindəndir.
Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunmuşdur.