(15.09.1916, Şəkərabad k. (Naxçıvan) – Sovet İttifaqı Qəhrəmanı (25.02.1945), qvardiya kapitanı.
1941 ildə Sovet Ordusuna çağırılmışdır. Sumı topçuluq məktəbini bitirmişdir (1942). Quliyev Dneprdən Visla çayına qədər döyüş yolu keçmişdir. Poltava – Xarkov ətrafındakı döyüşlərdə igidlik göstərmişdir. 1945 ildə müharibə əlili kimi kapitan rütbəsində ordudan tərxis olunmuşdur.
1945-71 illərdə Naxçıvanda müxtəlif vəzifələrdə işləmişdir. Fərdi təqaüdçü idi. Qırmızı Bayraq, Aleksandr Nevski, 1-ci dərəcəli Vətən müharibəsi ordenləri və medallarla təltif edilmişdir.