(22.11.1922, Bakı) – Sovet İttifaqı Qəhrəmanı (23.02.1945), qvardiya polkovniki.
1941 ildə Sovet Ordusuna çağırılmışdır. Stalinqrad hərbi təyyarəçilik məktəbini bitirmişdir (1942). Quliyev Böyük Vətən müharibəsində Oryol, Bryansk, Belorusiya, Pribaltika və Şərqi Prussiyanın azad edilməsində igidlik göstərmiş, Berlinədək döyüşmüş və 64 hava döyüşü keçirmiş, düşmənin 18 təyyarəsini vurmuşdur.
Müharibədən sonra Sovet Ordusu sıralarında qalaraq təyyarə eskadrilyası komandiri vəzifəsində işləmişdir. Quliyev 1951 ildə Qırmızı bayraqlı Hərbi Hava Akademiyasını bitirmişdir. 1966 ilin avqustunda ehtiyata buraxılmışdır; Zabrat mülki təyyarə limanının rəisi idi. 1971 ildən Azərittifaqda işləyir, 3 Qırmızı Bayraq, Aleksandr Nevski, 1-ci dərəcəli Vətən müharibəsi, Qırmızı Ulduz ordenləri və medallarla təltif olunmuşdur.