Polkovnik, Sovet İttifaqı Qәhrәmanı.
1920-ci ildә Azәrbaycanın Zәrdab rayonunun Bıçaqçı kәndindә anadan olmuşdur. 1939-cu ildә Sovet Ordusu sıralarına çağırılmış vә Böyuk Vәtәn müһaribәsinin ilk günlәrindәn onun iştirakçısı olmuşdur. M. Mәһәrrәmov һәlә Çerniqov uğrundakı döyüşlәrdә һәrbi işi ә'la bildiyini nümayiş etdirmiş, mәrdlik vә igidlik nümunәsi göstәrmişdir.
SSRİ Ali Soveti Rәyasәt һey'әtinin 1944-cü il 15 yanvar tarixli Fәrmanı ilә ona Sovet İttifaqı Qәһrәmanı adı verilmişdir.
Böyük Vәtәn müһaribәsi qurtardıqdan sonra polkovnik Mәlik Mәһәrrәmov Silaһlı Qüvvәlәr sırasında xidmәt etmişdir.
Sovet İttifaqı Qәһrәmanı M. Mәһәrrәmov sәһһәtinә görә eһtiyata keçmiş vә C. Naxçıvanski adına 2 nömrәli ixtisaslaşdırılmış internat mәktәbinin direktoru vәzifәsindә işlәmişdir.