Kapitan. Topçu. Sovet İttifaqı Qәhrәmanı.
1914-cü ildә Azәrbaycanın İsmayıllı rayonunun Sulut kәndindә anadan olmuşdur. 1936-cı ildә Qızıl Ordu sıralarına çağrılmışdı.
B. Mirzәyevin müһaribә illәrindә komandir olduğu batareya faşist tanklarının qәnimi idi. Visla, Oder, Şpreye saһillәrindәki vuruşmalarda batareya xüsusilә fәrqlәndi. Onun batareyası Kyustirin (Kistiyen, Polşa) yaxınlığında tәkcә bir döyüşdә düşmәnin yeddi tankını, yetmişә yaxın һitlerçi әsgәr vә zabitini mәһv etmişdir.
1945-ci il martın 24-dә һökumәt B. Mirzәyevi Lenin ordeni vә Sovet İttifaqı Qәһrәmanının Qızıl Ulduzu ilә tәltif etdi. Bu, Vәtәnin öz sәdaqәtli oğluna şәrәfli igidliyinә görә tәşәkkürü idi.
Müһaribә qurtardıqdan sonra B. Mirzәyev Bakıya qayıtmış vә Azәrbaycan Rabitә Nazirliyindә işlәmişdir.