(1922, Neftçala ş.)– Sovet İttifaqı qəhrəmanı (24.3.1945), kapitan.
Böyük Vətən müharibəsinədək (1941–45) Neftçalada neft mə‘dənlərində işləmişdir. 1942 ildə Sovet Ordusuna çağırılmışdır. Prussiyaya qədər döyüş yolu keçmişdir.
Piriyev Şimali Qafqazda, «Kiçik torpaqda»kı döyüşlərdə, Kerç yarımadasında desant əməliyyatında iştirak etmişdir. 1944 il mayın 9-da Sevastopol şəhərinin azad olunması uğrunda vuruşmalarda igidlik göstərmişdir. 1945 ildə ordudan buraxıldıqdan sonra Azərbaycan Avtomobil Nəqliyyatı Nazirliyi sistemində çalışmışdır. Medallarla təltif olunmuşdur.