VƏZİROV ASLAN FƏRHAD OĞLU

   

(13.12.1910, Bərdə r-nunun Zümürxaç k.) – Sovet İttifaqı Qəhrəmanı (29.06.1945), qvardiya polkovniki.

1928 - 30 illərdə Leninqrad və Moskvanın hərbi mühəndislik məktəblərində oxumuşdur. Böyük Vətən müharibəsində Vəzirov Zaqafqaziya cəbhəsi Şimal Ordu qrupunun 5-ci Dağ mina-mühəndis briqadasının, 3-cü Ukrayna cəbhəsinin 51-ci Qırmızı bayraqlı mühəndis-istehkam briqadasının, 2-ci Belorusiya cəbhəsində Baş komandanlığın 1-ci qvardiya mühəndis-istehkam briqadasının komandiri olmuşdur. Vəzirov 1947 ildə ordudan buraxılmışdır.

1948 ildən Kaunas, Voronej və Bakıda müxtəlif vəzifələrdə olmuşdur. 1965 ildən Respublika Müharibə Veteranları Komitəsinin sədri idi. 4 Qırmızı Bayraq ordeni, 2-ci dirəcəli Kutuzov ordeni, 2-ci dirəcəli Boqdan Xmelnitski ordeni, 2 xarici orden və medallarla təltif edilmişdir.