KÖÇƏRLİ FİRİDUN QASIM OĞLU

   

(24.12.1920, Azərbaycan Gədəbəy r-nunun İsalı k. – 2005, Bakı)– Azərbaycan filosofu.

Fəlsəfə elmləri doktoru (1966), professor (1967), Azərbaycan Elmlər Akademiyası akademiki (1976; müxbir üzvü 1972). Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinin fəlsəfə şö‘bəsini (1950) və Lomonosov ad. Moskva Dövlət Universitetinin aspiranturasını (1954) bitirmişdir. 1954–58 illərdə Azərbaycan Dövlət Universitetində müəllim, 1958 ildən Azərbaycan Elmlər Akademiyası fəlsəfə bölməsinin rəhbəri olmuşdur. 1967 ildən Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun direktorudur. Fəlsəfə Cəmiyyəti Azərbaycan şö‘bəsinin sədri olmuşdur. Fəlsəfə tarixi və elmi kommunizm, N. Nərimanovun xüsusilə Azərbaycanın inqilabçı demokratları.

Ü. Hacıbəyov, C. Məmmədquluzadənin ictimai-fəlsəfi görüşlərinin tədqiqi ilə məşğul olmuşdur.

Əsərləri: Ü. Hacıbəyovun ictimai-siyasi görüşləri, B., 1966; N. Nərimanov, B., 1966; Sovet xalqı və milli inkişaf dialektikası, B., 1972;NTR i razvitoe soüialistiçeskoe obhestvo, Tbilisi,1977; N. Q. Çernışevskiy v obhestvennoy mısli narodov SSSR, M., 1979.