ABBASOV QURBAN ABBASQULU OĞLU

   

(26.10.1926, Naxçıvan r-nunun Payız k. – 1994, Bakı)– SSRİ-nin fəxri neftçisi, SSRİ dövlət mükafatı laureatı (1951), Sosialist Əməyi Qəhrəmanı (1959), Azərbaycan dövlət mükafatı laureatı (1972), Azərbaycanın əməkdar mühəndisi (1975).

Əmək fəaliyyətinə 1944 ildə başlamış, buruq ustası, sahə rəisi, qazma kontorunun müdiri, Xəzər Dəniz Neft Birliyi baş direktorunun müavini olmuşdur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi üzvü (1954–63), Asiya və Afrika Ölkələri Həm‘rəylik Komitəsi Rəyasət Hey‘ətinin üzvü (1958–66), 1971 ildən Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü idi. SSRİ Ali Sovetinin (4-cü və 5-ci çağırış) deputatı, Azərbaycan Ali Sovetinin (6–9-cu çağırış) deputatı olmuşdur. 2 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı, «Şərəf nişanı» ordenləri ilə təltif olunmuşdur.