ABDULLAYEVA NAZLI MÜRŞÜD QIZI

   

(01.07.1902, indiki Göyçay r-nunun Ərəbşahverdi k.) – Sosialist Əməyi Qəhrəmanı (1950).

1927-65 illərdə Göyçay r-nunun «Yeni yol», «Azərbaycan » kolxozlarında işləmişdir. 1948 ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 1965 ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçıdır.