(04.12.1931, Gəncə– 31.01.1986, Bakı) – neftçi, Sosialist Əməyi Qəhrəmanı (1977). Azərbaycan Dövlət mükafatı laureatı (1972).
Əmək fəaliyyətinə 1957 ildə «Gürgan-neft» Mədənlər İdarəsində başlamışdır. 1965 ildən qazma ustası işləmişdir. 1980 ildən Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Sovet Sülhü Müdafiə Komitəsi sədrinin müavini, SSRİ Ali Sovetinin (9-10-cu çağırış) deputatı, Azərbaycan Kommunist Partiyası 29-cu, Sovet İKP 25-ci qurultaylarının nümayəndəsi olmuşdur. «Azərbaycan neft ustası», «SSRİ fəxri neftçisi» fəxri adlarına layiq görülmüşdür. 2 dəfə Lenin ordeni və medallarla təltif edilmişdir.