(15.2.1922, indiki Ağdam r-nunun Qaradağlı k.)– Sosialist Əməyi Qəhrəmanı (1948). Pambıq ustası (1957). Qəhrəman ana (1965).
1939–41 illərdə Ağdam rayonundakı Telman ad. kolxozda kolxozçu olmuş, 1941 ildən həmin kolxozda manqabaşçısıdır. 1947 ildə pambıqçılıq sahəsində yüksək əmək göstəriciləri əldə etmişdir. SSRİ Ali Sovetinin (8-9-cu çağırış), Azərbaycan Ali Sovetinin (2–5-ci çağırış) deputatı, Azərbaycan Kommunist Partiyası 28–29-cu qurultaylarında Mərkəzi Komitənin üzvü seçilmişdir. Ümumdünya sülh tərəfdarları konqresinin (1949, Moskva), kolxozçuların 3-cü Ümumittifaq qurultayının (1967) iştirakçısı olmuşdur. 2 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Oktyabr İnqilabı ordeni ilə təltif edilmişdir.