QAZIYEVA ZƏHRA KƏRİM QIZI

   

(2.5.1912, Naxçıvan)– terapevt, Azərbaycanın Əməkdar həkimi (1960), Sosialist Əməyi Qəhrəmanı (1969).

1942 ildə N. Nərimanov ad. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra Bərdə rayonunun Otuzikilər kəndinin (Kolayır sovetliyi) tibb məntəqəsində həkim işləmiş, 1959 ildən isə həmin sovetliyin Kolayır kənd xəstəxanasının baş həkimi olmuşdur. SSRİ Ali Sovetinin (6-cı çağırış) deputatı olmuşdur.