MƏMMƏDOV MƏMMƏD RZA OĞLU

   

(05.01.1916, indiki Ağdam rayonunun Mahrızlı kəndi) – Sosialist Əməyi Qəhrəmanı (1951).

1931 – 71 illərdə Ağdam MTS-ində, Telman, Nizami və Orconikidze ad. kolxozlarda aqronom və sədr işləmiş, 1971 ildən Orconikidze ad. kolxozun aqronomu olmuşdur. Azərbaycan Kommunist Partiyasının 28-ci qurultayının nümayandəsi olmuşdur. 1950 ildən pambıqçılıq sahəsində yüksək əmək göstəriciləri əldə etmişdir. Oktyabr inqilabı və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif edilmişdir.