SƏMƏDOV ZƏRBƏLİ MİRZAĞA OĞLU

   

(01.01.1908, Bakı – 04.10.1979, Bakı) –Azərbaycan əməkdar müəllimi (1960). Sosialist Əməyi Qəhrəmanı (1968).

Bakıda pedaqoji məktəbi (1927) və V. İ. Lenin ad. Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini (1941) bitirmişdir. 1929 ildən Bakı məktəblərində (1945-ci ildən ömrünün sonunadək Qırmızı Əmək Bayrağı ordenli 190 nömrəli orta məktəbdə) Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. Rus məktəblərinin 9-cu sinifləri üçün «Azərbaycan dili» dərsliyinin (1958 – 1978), «Rusca – azərbaycanca danışıq kitabı»nın (1964, 1969), «8-ci sinifdə ədəbiyyat dərsləri» metodik vəsaitinin (1971) müəlliflərindən biridir. Lenin ordeni, 2 «Şərəf nişanı» ordeni və medallarda təltif olunmuşdur.