ŞİRİNOV ƏLİBABA ƏBDÜL OĞLU

   

(1903, indiki İmişli r-nunun Dünyamalılar k. – 1973, Bakı) – Sosialist Əməyi Qəhrəmanı (1951). Azərbaycan pambıq ustası (1957).

1931-71 illərdə İmişli r-nundakı G.Əsədov ad. kolxozda kolxozçu, mühasib, kolxoz sədri işləmişdir. 1950 ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Azərbaycan Ali Sovetinin (2-5, 7-ci çağırış) deputatı seçilmişdir. 2 dəfə Lenin ordeni, «Şərəf nişanı», Qırmızı Bayraq ordeni və medallarda təltif olunmuşdur. 1971 ildən ittifaq əhəmiyyətli fərdi pensiyaçı idi.