ŞÜKÜROV ZƏKİ RUHULLA OĞLU

   

(01.01.1905, Cənubi Azərbaycanın Ərdəbil mahalının Mərəlli k.) – neftayıran, Sosialist Əməyi Qəhrəmanı (1959).

Əmək fəaliyyətinə 1920 ildə başlamışdır. 1930 ildən Vanno Sturua ad. Neftayırma zavodunda operator köməkçisi, 1933 ildən operator, 1936 ildən baş operator, 1941 ildən qurğu rəisi, 1982 ildən operator vəzifəsində çalışmışdır. 1986 ildən pensiyadadır. Azərbaycan Kommunist Partiyası 28 və 29-cu qurultaylarının nümayəndəsi olmuşdur. İki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif edilmişdir. Şükürov haqqında sənədli film çəkilmişdir (1974).