ƏZİZƏ CƏFƏRZADƏ

   

Məhşur yazıçı nasir, görkəmli alim-ədəbiyyatşünas, ictimai xadim və xalqın sevimlisi, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadə 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olmuşdur. O, ibtidai təhsilini 25 nömrəli məktəbdə almiş, sonra teatr texnikomu və ikiillik müəllilmlər institutunda oxumuş, 1942-44-ci illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləmişdir. 1946-47-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Əzizə xanim 1944-46-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947-49-cu illərdə teatr texnikomunun müdiri, 1950-1955-cı illərdə qiyabi pedaqoji institutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka pedaqoji institutunda dosent, 1957-74-ci illərdə Azərbaycan Elmlər Akademiyasının əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-ci ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışmışdır.

O, hər şeydən əvvəl tədris etdiyi predmetinin dərin bildiyinə, həyatiliyinə,patriorizminə və sərbəst-azad duşuncəsinə görə Universitetin tələbə-müəllim kollektivinin sevimlisi idi.

O, XİX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə "XİX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik , 1970-ci ildə "XİX əsr Azərbaycan poeziyasında xalq şeri üslubu" mövzusunda doktorluq dissertasiyalarını mudafiə etmişdir.

Ardına bax: http://azizajafarzade.com